Oferta müqaviləsi

 

Bu Saziş İctimai Sazişdir (bundan sonra müqavilə olaraq adlandırılan). Bu Sazişdəki bütün şərtlər və təriflər istifadəçi razılaşmasında müəyyən edilmiş mənaya uyğun olaraq istifadə olunur. Bu Sazişə əsasən bütün xidmətlər sayt rəhbərliyi tərəfindən istifadəçiyə verilir.

 

  1. Müqavilənin predmeti

 

1.1 Bu Sazişə əsasən administrasiya istifadəçiyə pullu xidmətlərlə təmin edir (bundan sonra mətnə əsasən – Xidmətlər).

1.2 Xidmətlərin siyahısı, onların maliyyə dəyəri,müddəti və şərtləri bu Sazişdə və əlavələrdə göstərilmişdir.

1.3 Ödənişli xidmətlərin siyahısı və onların dəyəri TARİFLƏR linkinə yerləşdirilmişdir.

1.4 Xidmətlərin siyahısı və onların maliyyə dəyəri istifadəçi ilə razilaşdirmadan sayt rəhbərliyinin təşəbbüsü ilə dəyişə bilər.

1.5 İstifadəçi pullu xidmətləri hansı formada olarkən ödəyibsə,həmin formada da əldə edir.Hətda ödənişdən sonra sayt rəhbərliyinin bu cür xidmətləri və onların qiymətini hansı formada dəyişdirməsindən asılı olmayaraq.

 

  1. Tərəflərin hüquq və öhdəlikləri

 

2.1 İstifadəçi sayt rəhbərliyi tərəfindən təklif olunan hər hansı bir ödənişli xidmət seçmək hüququna malikdir.

2.2 İstifadəçi pullu xidmətləri hansı formada olarkən ödəyibsə,həmin formada da əldə etmək hüququna malikdir.Hətda ödənişdən sonra sayt rəhbərliyinin bu cür xidmətləri və onların qiymətini hansı formada dəyişdirməsindən asılı olmayaraq.

2.3 İstifadəçi seçilmiş pullu xidmətlərin vaxtında və tam olaraq ödəməyə borcludur.

2.4 Sayt rəhbərliyi pullu xidmətlərin siyahısını, onların istifadə etmə şərtlərini və bu xidmətlərin maliyyə dəyərini təyin etmək hüququna malikdir.

2.5 Sayt rəhbərliyi istifadəçiyə pullu xidmət almaq imkanını yaratmağa borcludur.

 

  1. Xidmətlərin maliyə dəyəri və ödəmə şərtləri

 

3.1 Xidmətlərin maliyyə dəyəri sayt rəhbərliyi tərəfindən TARIFLƏR linki vasitəsilə müəyyən edilir.

3.2 Ödəniş şərtləri: Saytda təyin edilmiş ödəmə metodu ilə 100% əvvəlcədən ödəmə.

3.3 Xidmətlərin göstərilməsi faktı, pullu bir xidmətə qoşulma faktının təsdiqlənməsi ilə baş verir. Gözlənilməz texniki çətinliklərin olmadığı durumda,hansı ki bu barədə sayt rəhbərliyi dərhal istifadəçini istənilən əlaqə vasitələri ilə xəbərdar edir,xidmətlərin qoşulması ödənişin rəhbərlik tərəfindən istifadəçidən qəbul edildiyi gün baş verir.

3.4 Vəsaitin geri qaytarılması yaxud qaytarılmaması barədə ümumi şərtlər bu saziş əsasında müəyyənləşdirilir.

3.5 Pul vəsaiti pullu xidmətlər göstərilmədikdə aşağıdakı hallarda istifadəçinin hesabına qaytarılır:

3.5.1 Moderasiya zamanı elanın silinməsi;

3.5.2 Texniki səbəblərə görə xidmətlər göstərilməməsi halında;

3.5.3 Dublikat hesablar silindikdə, qaytarma istifadəçi müraciətindən sonra baş verir. Qayıtmaq barədə qərar rəhbərlik tərəfindən qəbul edilir.

3.6 Pul vəsaiti göstərilməyən pullu xidmətlərə görə aşağıdakı hallarda geri qaytarılmır:

3.6.1 Qadağan edilmiş mallar, xidmətlər, təkliflər yerləşdirdikdə,eləcə də razılaşmanı pozduqda (elan yerləşdirmək qaydalarına bax);

3.6.2 Hesabı bağladıqda;

3.6.3 İstifadəçi tərəfindən elan müstəqil silindikdə.

3.7 Sistemli şəkildə (iki və ya daha çox dəfə) bu Sazişin şərtlərini və ya razılaşmanı pozduqda, rəhbərlik  vəsaiti qaytarmaq hüququna malikdir.

 

  1. Müqavilənin tamamlanması,etibarlılıq müddəti,dəyişdirilməsi və ya ləğv edilməsi

 

4.1 Bu Saziş istifadəçi bu Sazişin şərtlərini qəbul etdiyi andan təsdiqlənir(müqavilə bağlanır) və tərəflər öhdəliklərini tam yerinə yetirənə qədər qüvvədədir.

4.2 Xidmətlərin ödənişi avtomatik olaraq xidmətlərin göstərilməsi barədə oferta müqaviləsinin imzalanmasını(akseptini) təsdiqləyən dəlildir.Və istifadəçini oferta müqaviləsinin imzalanmaması/aksept olunmaması,anlaşılmamasına və.s istinad etməsi hüququndan məhrum edir.

4.3 Saytın rəhbərliyi bu Sazişin şərtlərini birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. İstifadəçi tərəfindən ödənilən xidmətlərin dəyəri və şərtləri dəyişməyə tabe deyil.

4.4 Hər iki tərəf birtərəfli qaydada müqaviləni ləğv etmək hüququna malikdir.

4.5 Müqavilə istifadəçi tərəfindən ləğv edildikdə,ödənilmiş xidmətlərin vəsaiti geri qaytarılmır.

4.6 İstifadəçi hesabının istifadəçi razılaşması şərtləri əsasında bloklandığı zamanı istifadəçi tərəfindən ödənilən vəsait geri qaytarılmır.

 

  1. Tərəflərin məsuliyyəti və mübahisələrin həlli qaydası

 

5.1. Tərəflər Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.

5.2 Tərəflər, günahları səbəbindən baş vermədiyi təqdirdə bu Saziş əsasında öhdəliklərini pozduğuna görə məsuliyyət daşımır. Tərəf, müqavilənin icrası üçün ondan asılı olan bütün lazımi tədbirləri düzgün gördüyünü sübut edərsə, günahsız sayılır.

5.3. Sayt rəhbərliyi istifadəçinin saytın fəaliyyətində və saytın fəaliyyətinə inteqrə edilmiş digər sistemlərdə baş vermiş xətalar zamanı çəkdiyi zərərə görə məsuliyyət daşımır (O cümlədən,ödəniş sistemləri istisna olmamaqla, xüsusilə sistem).

5.4. Bütün mübahisələr və fikir ayrılıqları tərəflər tərəfindən danışıqlar yolu ilə həll olunur. Razılığa gəlinmədiyi təqdirdə,tərəflərin cari qanunvericiliyin normalarına uyğun olaraq məhkəməyə müraciət etmək hüquqları vardır.

 

  1. Digər şərtlər

 

6.1 Bu Saziş mövcud qanunvericiliyin normalarına uyğun olaraq elektron formada imzalanmışdır.

6.2 Müqavilənin imzalanmasının və onun şərtləri ilə razılığın sübutu kimi bu sazişin şərtlərinə uyğun xidmətlərin ödənilməsi faktıdır.

6.3. Bu Sazişin imzalanması istifadəçinin saytın sistem və digər məlumat mesajlarını almağa, habelə bu Sazişin şərtləri, istifadəçi razılaşması, cookies məxfilik siyasəti, məxfilik siyasəti ilə tanış olduğunu göstərir, onlarla razılaşır və onları yerinə yetirməyə öhdəlik götürür.

6.4 Bu Sazişin aksepti təsdiqləyir ki,istifadəçi tərəfindən təqdim edilmiş məlumat və sənədlər həqiqi sayılır,mövcud qanunvericiliyə və istifadəçinin nizamnamə sənədlərinə uyğun olduğunu göstərir.

6.5 İstifadəçi bu Sazişin bağlanması üçün lazım olan bütün hüquq və səlahiyyətlərə sahib olduğunu bəyan edir və zəmanət verir.

6.6 Bu Saziş ilə müəyyənləşdirilməyən hallarda,tərəflər istifadəçi razılaşması və mövcud qanunvericiliyə əsaslanırlar.

Əsas
Elanlar
Yeni Elan
Mesajlar
Hesab