Saytın qaydaları

elanplyus.az  saytında elanların yerləşdirilməsi İstifadəçi razılaşması ilə tənzimlənir.

Saytın  xidmətlərindən bütün istifadəçilərin faydalı şəkildə yararlanması üçün hər bir şəxsin elanplyus.az –ın qaydaları ilə tanış olmağı və sonra elan yerləşdirməsini tövsiyyə edirik.

Qaydalar

  1. Yerləşdirilən elan həmin saytın qaydalarına tam uyğun olmalıdır. Elan dərc edildikdən sonra administrasiya tərəfindən qayda pozuntusu müəyyən edilsə, administrasiya həmin elanları redaktə etmək və saytdan silmək hüququna malikdir.
  1. Bütün elanlar onların statusundan(Seçilmiş Elanlar) asılı olmayaraq qaydalara uyğun olmalıdır.Ödənişli elanlar da qaydaların pozulduğu halında silinə və bloklana bilər.
  1. Elan yerləşdirərkən aid olduğu kateqoriyanı düzgün seçin. Bir kateqoriyaya aid elanda digər kateqoriyalara aid məhsulların yerləşdirilməsinə icazə verilmir.Məsələn: bir elanın tərkibində müxtəlif kateqoriyalar aid kompyuter,mebel,qida,geyim,telefon.və.s yerləşdirilməsi düzgün deyildir.
  1. Elanın başlığı və təsviri yalnız böyük hərflərdən ibarət ola bilməz(məs:TELEFON,SAAT,MEBEL).Elana aidiyyatı olmayan şəkil,video məzmun yerləşdirməyin.Üzərində digər saytların loqotipləri olan şəkillərin yüklənməsi qadağandır.
  1. Elanın müddəti yerləşdirdiyi gündən 30 gündür.Müddət bitdikdən sonra elan artıq saytda görünmür və “Bitmişlər” bölməsinə düşür.Sonradan istifadəçi elanı yenidən bərpa edə bilər.Yerləşdirilən elanlar saytın qaydalarına uyğun olmalı və təkrarlanmamalıdırlar.
  1. İstifadəçi əlaqə vasitələrini düzgün qeyd etməlidir : ad, telefon nömrəsi,email.və.s. Elanda telefon nömrəsi yanlış qeyd edilibsə,administrasiya  elanı xəbərdarlıq etmədən silə bilər.Əgər üçüncü şəxslərin əlaqə vasitələri qeyd edilibsə və həmin səxslər şikayət edərlərsə,həmin əlaqə vasitələri qara siyahıya salınır.İsitifadəçinin saytdakı hesabı və fəaliyyəti isə araşdırmadan asılı olaraq bağlana bilər.
  1. Elanda (başlıq, mətn, video) və ya istifadəçi adında ədəbsiz, pornoqrafik, erotik,ekstremist həmçinin elanplyus.az saytının tələblərinə uyğun olmayan məzmun və anlayışların istifadəsinə icazə verilmir.Saytda Azərbaycan Respublikası ərazisində satışı və dövriyyəsi qadağan edilmiş məhsul və xidmətlərin dərc edilməsi qadağandır.
  1. Eyni yaxud təkrarlanan elanlar silinəcəkdir.Əgər bir elan dəfələrcə silinib yenidən dərc olunursa bloklanacaq və yalnız 30 gündən sonra yenidən yerləşdirilməsinə icazə veriləcəkdir.Şübhəli o cümlədən qanunsuz gəlir əldə etmə üsulları barədə elanların yerləşdirilməsi qadağandır.
  1. İstifadəçi elan yerləşdirən zaman onun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasına, elanda dərc olunan məlumatların üçüncü şəxslərin hüquqlarının pozmamasına,həmçinin elanın həqiqiliyinə və düzgünlüyünə görə məsuliyyət daşıyır.
  1. Elana istifadəçilər tərəfindən edilmiş çoxsaylı şikayətlər və həmçinin qaydaların pozulması elanların və onların sahiblərinin hesablarının bloklanmasına əsas verir.
  1. Administrasiyaya qarşı qeyri etik və bu kimi hərəkətlər edilsə istifadəçi blok olunacaq və o, elanplyus.az saytında elan yerləşdirə bilməyəcək.
  1. Ödənişli xidmətdən artıq istifadə edilibsə, edilən ödənişlər geri qaytarılmır. Həmçinin, xidmətin göstərilməsinin vaxtı dəyişdirilə və başqa elana keçirilə bilmir.
  1. Əgər hər hansı bir sayt istifadəçisi saytın qaydalarından ən azı birini pozubsa, həmçinin saytın istifadəçilərinin digər bir istifadəçi barəsində çoxsaylı şikayətləri varsa bu zaman şikayət olunan hesabın bloklanması administrasiya tərəfindən edilə bilər.
  1. Elanplyus.az saytının  rəhbərliyi saytın qaydalarının bilərəkdən pozulması faktını müəyyən etsə müqaviləni ləğv etmək hüququna malikdir. Bu halda istifadəçi tərəfindən ödənilən pul vəsaiti geri qaytarılmır.
  1. Elanplyus.az saytının aministrasiyası saytın qaydalarını istənilən vaxt birtərəfli şəkildə öncədən xəbərdarlıq etmədən dəyişdirmək və yenilənmək hüququna sahibdir.
Əsas
Elanlar
Yeni Elan
Mesajlar
Hesab